skip to Main Content

IVFIVF (Süni Mayalanma)

Qadının yumurtası və kişinin spermasının xaricə alınaraq laboratoriya şəraitində bir yerə gətirilərək, döllənmənin təmin edilməsidi. Məhz, bədəndən xaricdə həyata keçirilən əməliyyata IVF ( in vitro fertilizasyon ) və ya Süni Mayalanma deyilir.

1970-ci illərin başında rəhim kanalları bağlı olan qadınların uşaq sahibi ola bilmələri üçün inkişaf etdirilən bu metod ilk Süni Mayalanma olan Louise Brownun 1978-də anadan olması ilə məşhur olmuşdur. İstifadə edilən ilk metod olması səbəbiylə insanlar arasında sonsuzluq müalicələri içində ən çox bilinəndir.

ICSIICSI (Intra-Stoplazmik Sperma İnjeksiyası)

Mikroinjeksiya ( ICSI ) əməliyyatı, xüsusi bir mikroskop istifadə edilərək hər bir yumurtanın içinə seçilən bir ədəd sperma hüceyrəsinin yərləşdirilməsidir. Son zamanlarda Süni Mayalanma hadisələrində ən sıx istifadə olunan metoddur. Mərkəzimizdə mikroinjeksiya metodu bütün xəstə qruplarında istifadə edilir.

Assisted HatchingAssisted Hatching (Dəstəkli yuvalama)

Normal gelişimini tamamlayabilen bir embriyonun rahmin iç tabakasına tutunabilmesi için öncelikle dış kılıfından (zona pellusida) sıyrılması gereklidir. Assisted hatching işleminde amaç, embriyonun dış kılıfını transfer öncesinde bir miktar inceltmek olup bu şekilde embriyonun rahme tutunması kolaylaştırılarak gebelik şansı arttırılabilmektedir. Bu işlem mekanik, kimyasal ya da lazer yöntemiyle yapılabilmektedir. Merkezimizde Assisted Hatching tekniği gerekli hastalarda gebelik başarısını artırmak için ücret talep edilmeden uygulanmaktadır.

Blastokist EmbriyoBlastokist Transferi Nədir?

Süni Mayalanma müalicəsində embriyo inkişafının 5-ci və ya 6-cı günündə həyata keçirilən embriyo transferinə Blastokist transferi adı verilir. Embriyolar laboratoriyada inkişaf mərhələlərinə görə nəzarət edilir və blastokist mərhələsinə gələnlər şeçilərək anaya transfer edilir. Bu mərhələyə gələn embriyoların transferinin hamiləlik yaratma ehtimali yüksəkdir lakin hər xəstə üçün uyğun deyil. Əgər xəstəyə aid embriyo sayı azdırsa embriyoları laboratoriyada 5 gün izləmək riskli olur. Əksi təqdirdə transfer ediləcək embriyo qalmaya bilər. Əgər embriyo sayı çoxdursa transfer ediləcək embriyonun daha sağlam seçilməsi üçün blastokist transferi çox avantajlı olur. Ayrıca müalicətə müraciət edən xəstənin əvvəlki müalicələrində 3-cü gün transferindən nəaliyyət əldə ediləməyibsə yeni sınaq 5-ci gün transferi məsləhət görülür.

Süni Mayalanma Müalicəsinin Mərhələləri

Süni Mayalanma müalicələrində məqsəd birdən çox folukul təkmilləşdirərək eyni adət dövründə bir neçə yumurta birdən yığma şansını ən yüksək həddə çıxarmaqdır.

Ovilasyon İnduksiyonuXəstənin ön müalicəsinə Ovulasyon induksiyası edilərək (qısa və ya uzun protokolda istifadə olunacaq iynələrin köməyi ilə) çox miqdarda yumurta hüceyrəsi meydana gətirməyə çalışılır. Yaranan folikullar 3-4 gündə bir ultrason ilə nəzarət edilir və müvafiq böyüklüyə gəlməsi gözlənilir. Bu arada hesablanan E2 və LH səviyyələri ilə yumurtalıqların müalicəyə verdiyi cavab dəyərləndirilir. Folikullar istənilən böyüklüyə gəldikdə yumurta yığma (OPU) günü qərarlaşdırılır. Yumurta yığma əməliyyatı ümumi anesteziya ilə vajinal ultrason rəhbərliyində həyata keçirilir. Yumurta yığma əməliyyatı ən az 6 saatlıq aclıq gərəkdirdiyi üçün səhər saatlarında edilməsinə üstünlük verilir. Yumurta yığma əməliyyatından sonrası xəstə, mərkəzimizdə 2 saat dincəldikdən sonra gedə bilər.

Yumurta yığılmasından (OPU) sonra yığılan oositlər (yumurta hüceyrələri) əvvəlcə əldən keçirilərək yuyulur və qalıntılardan təmizlənir. Yetişmiş yumurtalar seçilir və ICSI üçün hazırlanır. Bu arada qarşı cinsdən alınan spermalar da bəzi xüsusi yuma əməliyyatlarından keçirilərək hazırlanır. Sperma mikro-pipetə alınır və başqa bir pipetlə tutulan oositin içinə tək bir sperma injeksiya edilir. Bu əməliyyat hər oosit-sperma cütlüyü üçün təkrarlanır. İnjeksiyadan sonra, xüsusi serumların içində müvafiq istilikdə və karbondioksit sıxlığında inkubatora qoyulur və döllənmə səviyyələri və inkişaf keyfiyyəti müəyyən aralıqlarla nəzarət edilir.

Embriyo inkişafından sonra 3-cü gündə və ya 5-ci gündə ən yaxşı keyfiyətdəki embriyolar seçilərək transfer əməliyyatına hazırlanır.

Embriyo TransferiEmbriyo transferi edilərkən xəstə ginekolojik müayinə vəziyyətində yatırılır. Vajinaya spekulum taxıldıqdan sonra steril serum fizyolojik ilə təmizlənir. Ardından xüsusi kültür mayeləri ilə rəhim ağzı təmizlənir. Embriyoloq transfer ediləcək embriyoları katater içində laboratoriyadan gətirir. Əməliyyatı həyata keçirəcək həkim qarından baxılan ultrason bərabərində embriyoları rəhim içinə qoyar.
Embriyo transferi əməliyyatı ağrılı bir əməliyyat deyil və anesteziyaya ehtiyac olmaz.

Əməliyyat sonrası endometriumu dəstəkləmək üçün xəstəyə injeksiya, fitil ya da krem şəklində hormon dərmanları verilir. Luteal faz dəstəyi adı verilən bu müalicə əgər hamiləlik yaranarsa 10-cu həftəyə qədər davam edər. Hamiləlik yaranmasa və adət qanamasının olduğu hallarda isə qanamanın başlaması ilə birlikdə müalicə dərman dəstəyi kəsilir.

Embriyo transferi sonrası 12-ci gündə xəstə hamiləlik testi edilərək mərkəzi nəticəylə bağlı məlumatlandırar.

Back To Top