skip to Main Content

Embriyo Bağışı – Embriyo Bağışı Kipr

Embriyo bağışı, həm qadının həm də kişinin çoxalma hüceyrələrinin hər hansı bir səbəblə olmadığı və ya zərər gördüyü hallarda müraciət edilən bir süni mayalanma tətbiqidir.

embryo-donation

Hansı Hallarda Embriyo Bağışına Müraciət Edilir?

Ümumi olaraq həm qadın həm də kişidə çoxalma hüceyrələrinə aid probləmlər olması halında embriyo bağışı müalicəsinə müraciət edilir. Embriyo bağışı müalicəsi görmək üçün ana namizədinin bütün sağlamlıq testlərindən keçirilərək hamiləliyə uyğunluğuna baxılır. Qadının yaşı 40 yaş və üstü və kişidə azospermik hallarda sıxlıqla embriyo bağışı müalicəsi edilir. Embriyo bağışı yenə 40 yaş və üstü bekar qayanların uşaq sahibi olmaq üçün müraciət etdikləri süni mayalanma müalicəsidir.

Embriyo Bağışında Yumurta Üçün Yumurta Bağışçısının Seçilməsi:

Yumurta bağışı edəcək qadın ailənin xüsusiyyətlərinə görə qan qrupu və fiziki xüsusiyyətlərinə diqqət edilərək müəyyən edilir. Yumurta bağışçısının gənc ( 20-29 yaş) sağlam və doğurqan olması variantlar arasında ən çox nəzər yetirilən və ən əhəmiyyətli mövzudur.

Embriyo Bağışında Sperm Üçün Bank Spermasının Seçilməsi:

Müalicə üçün seçiləcək bank sperması ailənin tələbləri istiqamətində fiziki xüsusiyyətlər və qan qrupu diqqətə alınaraq xəssaslıqla bankımızdan seçilərək yumurta bağışçısının yumurta bağış günü əldə edilən yumurtalarla birləşdirilməktədir. Bank spermaları ölkə xaricində bütün testləri keçmiş, dölləmə xüsusiyyəti çox yüksək, sayısı, hərəkətlilik və morfolojik olaraq çox yaxşı standartda sağlam və keyfiyyətli nümunələrdir.

Embriyo Bağışı Müalicəsindən Əvvəl Lazım Olan Testlər:

Embriyo bağışı müalicəsinə başlamazdan əvvəl qadın üçün əgər davamlı adət döngüsü varsa adət qanamasının 2-ci və ya 3-cü günü edilən FSH, LH, E2 və PRL ilə birgə TSH, T3, T4, Aclıq Qan Şəkəri, Tam Qan Sayımı, HbsAg, Anti-HCV, HIV testləri edilməlidir. Kiçi üçün yalnız HbsAg, Anti-HCV, HIV testləri istənilir. Testlər ac qarnına etidirilir. Aparılan araşdırmaların etibarlılıq müddəti 6 aydır.

Kiprdə Embriyo Bağışı Müalicəsinin Mərhələləri:

Embriyo bağışı müalicəsinə yumurta bağışı edəcək bağışçının müəyyən edilməsinin ardından ana namizədinin adət döngüsüylə başlanılır. Əgər xəstəmiz adət görmürsə adət tənzimləyici dərmanların köməyi ilə bağışçı və xəstənin adət döngüləri uydurulur və müalicə hazırığına başlanılır. Müalicədə ana namizədi rəhmin hazırlığı üçün müəyyən edilən dərman proqramıyla müalicəyə hazırlanılır. Bu proses təxminən 15-17 gün davam edir. Bu prosesin tərkibində xəstənin rəhim cavabının dəyərləndirilməsi məqsədiylə xəstənin müəyyən günlərdə muayinəsi istənilərək çıxan nəticələrə görə dərman proqramı dəyişdirilə bilər.

Embriyo bağışı müalicəsinin Kipr prosesi 3 gündür.

Kiprdəki embriyo transferindən 12 gün sonra qanda ßHCG (hamiləlik hormonu) baxılaraq hamiləlik nəticəsi öyrənilir.
Embriyo bağışı tətbiq olunan bağışlama müalicələri arasında ən uğurlu süni mayalanma metodudur. Bu müalicədə yumurtalar gənc, sağlam və doğurqan analardan alınır. Spermalar çox keyfiyyətli nümunələrdir. Bu səbəblə gözlənilən uğur səviyyəsi % 70-dir.

Back To Top