skip to Main Content
  • Müalicə prosesində stress mənfi faktordur. Həkiminizlə və yaxınlarınızla narahatlığınız haqqında danışın.
  • Məsləhət görülən dərman müalicələrini dəqiqliklə həyata keçirməyə diqqət göstərin.
  • Dərmanlarınızdan necə istifadə edəcəyinizi dəqiqləşdirin və ya səhv etdiyinizdən şübhələnirsinizsə, onda mərkəzə gedin və təsdiqlədin.
  • Yadınızdan çıxartmayın; siz də müalicə qrupunun bir parçasısınız. Dəstədəki hamı öz rolunu yaxşı və doğru şəkildə oynamalıdır ki, nəticə müsbət olsun.
  • Sağlamlığınıza diqqət yetirin. Qidalanmanız, yuxunuz indi daha da əhəmiyyətlidir. Nizamlı şəkildə qidalanın, tərəvəz, meyvə, bitki çayları və bolca mayedən istifadə etməyə diqqət yetirin. Gündə 8 saat yatmalısınız, gec yatmamalısınız və səhər tez durmalısınız.
  • İşləyirsinizsə, sürətinizi bir az azaltmağa cəhd edin. Yorğunluq müalicənizə mənfi təsir göstərə bilər.
  • Gün ərzində kiçik fasilələr verərək bədəninizi və ürəyinizi sakitləşdirməyə cəhd edin.
  • İstifadə edəcəyiniz dərmanları yaxşı öyrənin və haradan nə vaxt təmin edəcəyinizi planlaşdırın. Müvafiq ünvan və telefonları qeyd edin.
  • Siqaret çəkirsinizsə tərgitməlisiniz. Siqaret 13% nisbətində sonsuzluq səbəbidir və həm yumurta, həm də sperma keyfiyyətinə mənfi təsir göstərir.
  • Stresslə baş etmə üsullarından faydalanın, zəifləmə texnikalarından istifadə edin. Dərin nəfəslər almaq, müsbət düşünmək, (xoşbəxt fikir anlayışı) təbiətdə gəzinti, diqqətinizi yayındıracaq xobbilərinizlə məşğul olmaq, gündəlik tutmaq yaxşı nəticə verər.
  • Bütün səylərinizə baxmayaraq stress və narahatlığınız artırsa, onda Professional kömək almalısınız. Psixoloq və ya psixiatr vasitəsiylə daha rahat bir müalicə dövrü keçirə bilərsiniz.
  • Müvəffəqiyyətli olacağınıza inanın. Müsbət konsentrasiya və inanmaq müvəffəqiyyətin ilk addımlarıdır.
Back To Top